Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İlham Əliyevə müraciət…

siaphoto_456112Nədən belə qorxursunuz?

Doğrudanmı, bu gənclər – bloggerlər, fəallar hakimiyyətinizə belə təhlükə yaradır ki, gündəlik saxta ittihamlarla həbslər təşkil etdirirsiz?

Ziyalılarımızı “xuliqan” edirsiz, aktiv gənclərimizi narkoman… Bir özünüzə sual vermisiz ki, siz kimsiz?

Bir şeyi unutmayın ki, dünya tarixində belə bir idarəetmə üslubu ilə ölkəni idarə edənlərin nəticəsi necə olub!

Bu gün Azərbaycanda polis rejimi yaradıbsınız. Polis asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək əvəzinə, cəza maşınına çevrilib.

Ərəb ölkə liderlərinin başına gələnləri özünüzə nəticə niyə çıxarmırsız?

Azərbaycanımızı, tiranlardan qurtulmuş ərəb ölkələrinin halına salmamaq üçün düzgün addımlar atın. Saxta deyil, əsl tolerantlıq nümayiş etdirin.

Belə çox davam edə bilməz. Xalqı zorla qəzəbə gətirməməyi heç sizə məsləhət bilmirəm.

Hələ ki, gec deyil, hər şey sizin əlinizdədir…

Tural Məhərrəmov

Şərhini yaz

Məlumat

This entry was posted on 24.09.2016 by .

Bizimlə əlaqə

Köhnə yazılar (aylarla)

Bu bloqa abunə olmaq və e-poçt ilə bildirişlər almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 117 abunəçiyə qoşulun

Bandotdel şərəfsizliyi