Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Mənim barəmdə

1982-ci ildə Yevlax şəhərində anadan olmuşam. 1999-cu ildə orta məktəbi bitirib Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Azərbaycan Ali Hərbi Məktəbi) daxil olmuşam, 2001-ci ildə həmin məktəbdən xaric olunub, 6 ay müddətinə Beyləqan rayonu ərazisində yerləşən 212 saylı hərbi hissədə hərbi xidmət çəkmişəm.

Hərbi xidməti bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşam və fərqlənmə diplomu ilə həmin universiteti bitirmişəm. BDU-də qiyabi oxumaqla yanaşı 2002-ci ildən 2008-ci ilədək Yevlax rayon Məhkəməsində Məsləhətçi vəzifəsində çalışmışam, 2008-ci ildə test müsabiqə yolu ilə yüksək bal toplayaraq, müvafəqiyyət qazanaraq Daxili İşlər Orqanlarında Tovuz RPŞ-nin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişəm.

İlk günlərdən daxili işlər strukturu ədalətsiz, insanların hüquq və azadlığını pozan struktur kimi məndə təssəvür yaratdı. Məni polisdə olan abu-hava günü-gündən təəcübləndirirdi, belə ki, polis əməkdaşı öz yoldaşlıq etdiyi polis əməkdaşından çəkinir. Bir məsəl var deyirlər canavar canavarla hər zaman üz üzə yatar. Həmin misal əsl Azərbaycan polis işçilərinə aid olan məsəldir. Polis rəisi elə vahimə yaradır ki, bütün şəxsi heyyət həmin vahimə içərisində olur. Polis işçisinə 1 gündə olsa istirahət hüququndan istifadə etməyə icazə verilmir. Gündəlik qanunsuz həbslərlə, dinlə və ya siyasətlə məşğul olan insanları nəzarətdə saxlamaqla təlimatlandırırlar. Hər bir polis işçisini çox təəcüblü və qorxunc “atmosferada” saxlayaraq, psixoloji olaraq iqtidarın, başda İlham Əliyev olmaqla bugün insanlara və polislərə yaxşı münasibətdə olmasını, maaşlar az bir müddətə yüksəlməklə aldadaraq, polis əməkdaşlarına psixoloji və hədə-qorxu təsirləri edərək, müxalif partiya üzvlərinə və dini qurumlara qarşı qaldırırlar. Belə qanunsuzluqlara qarşı çıxdığıma və daim rəhbər işçilərlə bu və sair qanunsuz tapşırıqlar mövzusunda mübahisələr etdiyimdən kiçik nöqsanımı şişirdərək, bağışdanılmaz nöqsan kimi qeyd edib, intizam tənbehi üzərimə yağdırırdılar. 2008-ci ildə xidmətimin ilk 5-ci ayında mənə ən ağır intizam tənbehi vermişdilər. Halbuki, polis əməkdaşına ilk təyinatının 1-ci ili boyunca heç bir intizam tənbehi tətbiq edilməməlidir. Bununla məni susdurmağa və əməliyyat müşavirələrində rəislə və başqa rəhbər işçilərlə mübahisələr etməyimin qarşısını almaq istəyirdilər. İntizam tənbehinin müddəti bitəndən 10 gün sonra yenidən barəmdə başqa bir xırda nöqsanla eyni ən ağır intizam tənbehini tətbiq etdilər. Mən fikirləşirdim ki, ola bilsin polis şöbəsinin rəisi Vaqif İsmayılov, rəislər arasında tək o bu xasiyyətdədir. Buna görədə çalışdım ki,xidmət yerimi dəyişim. 2010-cu ilin may ayında xidmət yerimi Şəki şəhər-rayon polis şöbəsinə PPX-nin komandiri vəzifəsinə dəyişdim. Burada isə mən vəhşiliklərlə qarşılaşmağa başladım, polis rəisi Azad Məmmədov (hazırda Şabran RPŞ-nin rəisi) polis şöbəsinə gətirilən şəxsləri özü şəxsən təpiyin altına salıb kötəkləyir və dəyənəkləyirdi. İnsanı ölümcül hala gətirdikdən sonra özünü sığortalamaq məqsədi ilə ətrafdaki pəncərələri divarları təpik izləri etdirir və həmin şəxsin qanından sürtdürür ki, guya həmin şəxs polis şöbəsini dağıdıb və baş gözünüdə divara vurub. Müstəntiqlərə də göstəriş verirdi ki, bu hadisəni bu mövzuda sənədləşdirsinlər. Belə hadisələri demək olar ki, gündəlik Şəki ŞRPŞ-də görürdüm. Azad Məmmədov 1 telefon zəngi ilə 3 gün içərisində istədiyi kadr dəyişikliyi edə bildiyindən, polis əməkdaşları ondan çox çəkinirdilər. İstədiyi əməkdaşı söyüb təhqir edirdi, hətta xidməti otağına salıb döyürdü. Şöbənin polis əməkdaşları hansısa nöqsan buraxdıqda, ondan rüşvət almadan bağışlamırdı, işini başqa rayona dəyişmək istədikdə, şöbə rəisindən xasiyyətnamə alınır, hətta onuda pulnan satırdı.  Şərəfini pula satan, söyüşkən, ağzını danışığını bilmiyən tərbiyəsizin biri idi. Bir sözlə Azada baxıb Vaqifə şükür etməyə başladım.

5 aya yaxın idi Şəki ŞRPŞ-də xidmət edirdim, əməliyyat müşavirələrinin birində Azad Məmmədov hər kəsin ünvanına söydüyü kimi mənimdə ünvanıma söyüş söyməyə başladı,mən onun əxlağa sığmayan söyüşünü özünə qaytardığıma görə aramızda mübahisə yarandı.  Bu hakimiyyətin rəhbər vəzifə tutanları anlamırlar ki, söhbət insan ləyaqətindən gedəndə  başqa hər şey – vəzifə, pul, imtiyazlar, hətta insan həyatının özü belə, arxa plana keçir, dəyərini itirir. Şərəfini itirmiş  polis rəisi bu hadisəni hər zaman etdiyi kimi bu hadisənidə öz xeyrinə sənədləşdirərək mənim barəmdə intizam tənbehi tətbiq etdi. 

Mən isə öz növbəsində daxili işlər nazirinin ünvanına məktub göndərərək hadisəni bildirdim. Eyni zamanda rəisin qeyri qanuni hərəkətləri, şərəf və ləyaqətimi təhqir etməsi və verilmiş olan qeyri qanuni intizam tənbehinin ləğvi ilə bağlı Şəki İnzibati İqtisadi Məhkəməyə müraciət etdim. Bunu eşidən nazir məni qəbul etdi, mənim səhf olduğumu deyərək mənim xidmət yerimi Yevlax RPŞ-nə sahə inspektoru vəzifəsinə dəyişdi. Nazirin bu əmrinin qanunsuz olması ilə bağlı prezidentə və digər instansiyalara şikayət etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilmədiyimdən, bu əmrin qanunsuz olması ilə bağlı Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırdım.

Yevlax RPŞ-nə təyin edildikdən sonra yenədə haqsızlığın, qanunsuz həbslərin şahidi oldum. Bunları görüb 3 dəfə nazirin adına, ədalətsiz bir orqanda xidmət edə bilməməyim barədə raport göndərməyimə baxmayaraq, raportlarıma baxılmadı və cavab verilmədi. Bura təyin edilməm 2 aprel mitinqlərinin dövrünə təsvir edildiyindən Yevlax RPŞ-də gündəlik müşavirələr müxalif partiyalarla mübarizə, mitinqlərə gedənlərin qarşısını almaq üçün avtovağzalda, dəmir yol vağzalında mülki paltarda postlar təyin edilməsi, mitinqdən sonra mitinqdə iştirak edənlərin fotoları rayon polislərinə dağıdılaraq hərə öz sakininin ailə üzvləri ilə söhbətlər aparılması üçün disklər paylanılırdı.

Bu çirkin ədalətsiz həyatın bir üzvü olması məni bezdirmişdi artıq həvəssiz işə gedib gəlirdim,hətta aylarla xidməti ərazimə çıxmırdım.

Məhkəmələr isə ənənəvi olaraq, sifarişli qərarlar qəbul edərək, mənim iddialarımı rədd edirdi. Mən buna baxmayaraq nazirin və onun rəhbərlik etdiyi strukturun qanunsuz hərəkətləri barədə gündə 7-8 məktublarla yuxarı instansiya ünvanlarına yazdıqca, rəis və onun muavinləri nazirlik adından mənə hədə-qorxu gələrək, az bir müddətə həbs olunmağımla hədələyirdilər. Mənim məhkəmə proseslərində qanuni nümayəndəm eyni zamanda vəkilim Sumqayıt şəhərində fərdi vəkillik fəaliyyəti göstərən Anar Qasımlı olubdur.  

(Qətnamənin sürəti)

Bu qətnamənin 10-cu səhifəsində Yevlax RPŞ-nin rəis köməkçisini ifadəsində mən yazdığım raportumda DİN-ni ədalətsiz və qanuna hörməti olmayan sözü işlətdiyimə görə polisin adına ləkə gətirmiş kimi qiymətləndiriblər. Buna cəmiyyət şahiddir, mənim yazmağım artıqdır.

Bir ara Ağdam qaçqını N.Vəliyev adlı şəxsə böhtan xarakterli ərizə yazdıraraq ondan 5000 manat məbləğində rüşvət alma ittihamı ilə AR DİN-nin Daxili Təhqiqat İdarəsində xidməti təhqiqat apardılar, lakin heç bir dəlil əldə etmədiklərindən işə xitam verdilər.

Sonradan yenidən nazirlik əvvəlcədən öyrədilmiş məktub üzrə üzərimə xidməti yoxlama göndərərək mülki mübahisəni, xidməti mübahisə göstərərək, xidmətə uyğun olmamağım barədə xəbərdarlıq intizam tənbehi ilə, şəxsən R.Usubov məni cəzalandırdı. Halbuki R.Usubov belə cəzalandırmaları daim öz müavinlərinə etdirir. Bunu etdikdən sonra şöbənin rəisi Natiq Məşədiyev məni qəbul edib bunun nazir tərəfindən sənə xəbərdarlıq edilməsini bildirərək, yazışmanı davam etdirsəm nəticəsi daha ağır olması ilə bağlı məni hədələyərək xəbərdarlıq etdi.

Rəisin qanunsuz xəbərdarlığına əhəmiyyət vermədən nazirin əmrinin qanunsuz olması və vəzifəli şəxsin qeyri qanuni hərəkətləri ilə bağlı yenidə Bakı 1 saylı İnzibati İqtisadi Məkəməsində iddia qaldırdım,bu nazirliyi xüsusəndə naziri qəzəbləndirdi, nazirin xüsusi göstərişi əsasında Yevlax RPŞ-nin saxta sənədlər topladaraq, mənim xəbərim olmadan attestasiya komissiyasına göndərilmişdir.

Attestasiya Komissiyasında siyahıda 4-cü olmağıma baxmayaraq nazir müavini Oruc Zalov nazirin xüsusi göstərişi əsasında, məni 1-ci qəbul edərək, məhkəmələrə müraciət etdiyim ərizələri geri götürməyimi və bir daha heç bir instansiyaya müraciət etməyəcəyim barədə söz verdikdən sonra, bunları etdiyimə görə nazirdən üzr istəsəm, xidmətimi davam etdirə biləcəyimi bildirdi. Lakin mənə qanunsuz verilən intizam tənbehlərinin üzərimdən götürülməsini və qanuni müraciətlərimə görə heç kimdən üzr istəməyəcəyimi bildirdim. Oruc Zalov və nazirin qaynı eyni zamanda Baş katibliyin rəisi, general-mayor Nüsrət Şirinov bunun yanlış qərar olduğunu, xidmətdən xaric edildikdə iş tapa bilməməyimi bildirərək yenidən fikirləşməyimi mənə təklif etdilər. Mən isə ona cavab olaraq bildirdim ki, əgər qanunsuz məni orqandan xaric etsəniz, mən bu ölkədə heç bir yerdə işləməyə fikrim yoxdur. Belə ki, mən bu ölkədə qalmayacam,hansısa demokratik ölkədən sığınacaq istəyərək, həmin insanların hüququ pozulmayan demokratik ölkədə yaşayacam. O bunu eşitdikdə özündən çıxdı və ətrafında oturan 20-dən çox general rütbəsi daşıyan, lakin həmin rütbəyə layiq olmuyanlara baxaraq “Mən bu uşağın orqandan xaric olunmasını deyirəm, siz nə deyirsiz” deyərək onların rəyini gözlədi. Nazir müavini dedikdən sonra, onlar kimdir ki,onun dediyini təkzib etsinlər. Mənim oradaca xidməti vəsiqəmi alıb, DİN binasından çıxardılar.

Həmin gündən 2-3 gün keçmişdi yaşadığım Yevlax rayonuna qayıtdım. Axşam saat 19 radələri idi evin məhəlləsindən avtomaşınımla çölə çıxırdım, məhəllənin iri giriş qapısını bağlamağa düşdükdə,avtomaşınımın arxasına DYP-nin avtomaşını dayandı, tanıdığım polis serjantı mənə yaxınlaşaraq, avtomaşınımla polis şöbəsinə getməyimi göstəriş verdi, səbəbini soruşdum, rəisin göstərişi olmasını bildirdi. Mənə artıq məlum oldu ki, bu mənə qurulan bir qurğudur. Buna görədə onun sözlərinə məhəl qoymadan avtomaşını yenidən yaşadığım məhəllənin içərisinə sürərək, qapını bağlamaq istədikdə, həmin polis əməkdaşı zorla yaşayın ünvanımın məhəlləsinə girib rəisə zəng etdi. 10 dəqiqə keçmədi, küçəmizə 50 nəfərdən çox polis əməkdaşları yığışdı. Qapını açmadığımıza təqdirdə, məhəllənin hasarından qanunsuz şəxsi əmlaka daxil olaraq, məhəllənin qapılarını açdılar. Sonra rəis müavini Elçin Səfərovun göstərişi ilə evokuator gətizdirərək, avtomaşını evokuator vasitəsi ilə məhəllədən apardılar. Mənim gələcəkdə başıma gətirələcək hadisələrdən məlumum olduğundan həmin gecə Bakı şəhərinə yola düşdüm.

Bu hadisənin şahidi olan keçmiş polis zabiti, təqaüdçü, atam Əlövsət Məhərrəmov hadisənin səhəri olanların təsirindən infakt keçirdi.

Qardaşım Toğrul Məhərrəmov psixi travma alaraq, özünü pis hiss etməyə başladı.

Həmin hadisədən 1 ay sonra mənə tələbə yoldaşlarımdan biri zəng edərək bildirdi ki, sənin barəndə cinayət işi qaldırılıb. Maraqlandım, mənə bildirdilər ki, polisə müqavimət AR CM 315.1 maddəsi ilə cinayət işi qaldırılıb, guya mən həmin DYP əməkdaşına müqavimət göstərərək, ona xəsarət yetirmişəm. Prokurorluğun müstəntiqi ilə əlaqə saxlayaraq, soruşdum ki, əgər mən həmin polis əməkdaşına xəsarət yetirmişdimsə, niyə məni yox məss avtomaşınımı polis şöbəsinə apardılar. Avtomaşınmı xəsarət yetirmişdimi ona? O güldü, sadəcə bildirdi ki, mənə belə göstəriş verilib, belədə etmişəm. Müstəntiqin bu sözlərindən mənə məlum oldu ki, bu rəis səviyyəsində olan göstəriş deyil, Ramil Usubovun göstərişidir.

Yoldaşlarımın köməyi ilə ölkəni tərk etdim, 6 aya yaxın Rusiya Federasiyasında yaşadım sonradan mənə izah etdilər ki,  Rusiya ilə Azərbaycanın sıx əlaqəsi olduğundan istənilən vaxt səni burada həbs edə bilərlər. Ona görədə Avropa ölkəsinə üz tutdum.

Rusiyada yaşadığım müddətdə, atam Əlövsət Məhərrəmov həmin hadisədə keçirdiyi infakt nəticəsində dünyasını dəyişdi. Onun dəfn mərasimindədə iştirak edə bilmədim. Ona görədə atamın ölümündə birbaşa səbəbkar kimi Ramil Usubovu görürəm.

Qardaşım isə bu olanlardan sonra İran İslam Respublikasında müalicə olundu.

İndi Avropa ölkəsində mühaziratda olduğumu eyni zamandada bu bloqda hakimiyyətin çirkin əməllərini sərt şəkildə tənqid etdiyimdən, etmədiyim əməllə yəni saxtakarlıq maddəsi ilə məni interpola beynəlxalq axtarışa veriblər.

Azərbaycan hakimiyyəti bu qanunsuz əməlləri ilə bir çox savadlı gəncləri ana yurdundan didərgin salıb və ya həbslərdə  çürüməsinə səbəb olurlar. Belə çirkin kompaniyalarlada mənim kimi gəncləri ölkəyə qaytartdırmağa çalışaraq, susdurmağa çalışırlar. Hakimiyyətin  bu çirkin əməlləri, günü gündən ifşa olunur. Bizə bəlli olan bir çox əməlləri, öz aralarından çıxan E.Abdullayev kimi şəxslər tərəfindən ifşa edilərək xalqın diqqətinə çatdırılır.

Əlavə olaraq onuda qeyd etmək istəyirəm ki 2008-ci ildə Prezident, 2009-cu ildə bələdiyyə, 2010-cu ildə parlament seçkilərində, 2009-cu ilin  mart ayında isə referendumda, seçki zamanı seçki məntəqələrinin  mühafizəsini təmin etmişəm. Seçkilər sona çatdıqdan sonra bületeynlər sayılan zaman, mən seçki məntəqəsinin içərisində komissiya üzvlərinin mühafizəsini təmin edirdim. Bu zaman mən seçkidə edilən belə  bir saxtakarlıqların şahidi olmuşam.

Seçicilər tərəfindən səs verilən büliteynləri  sayıb qurtardıqdan sonra, komissiyanın 2-3 üzvü gəlməyən seçicilərin yerinə buliteyn doldurur,digər 2-3 üzvü isə  həmin doldurulan boş buliteynlərin alınması barədə, seçicilərin siyahısı blankına ağıllarına gələn şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yazaraq, onların qarşısını imzalayırdılar. Eyni zamanda komissiya sədri bildirirdi ki, seçki dairəsi tərəfindən göstəriş verilib ki, bu məntəqədən konkret rəqəm qeyd edərək (70-dən çox) səs faizi həmin məntəqə tərəfindən müvafiq şəxsin  və ya bir neçə şəxslərin  xeyrinə buliteynlər düzəldirməlidir.

Seçki barədə Elşad Abdullayevin yaymış olduğu videolar da mənim şahid olduğum ssenarinin bir subutudur.

Xüsusi mülkiyyətimizə daxil olan və qanunsuz məhəllədən mənə məxsus avtomaşını polislər tərəfindən evokuator vasitəsi ilə aparılarkən, gecə saatları olduğundan aydın görüntülü çəkilməyib. Lakin həmin videonu Sizə təqdim edirəm:

Oxuduğunuza görə təşəkkür edirəm!

Məhərrəmov Tural  Əlövsət oğlu

http://www.facebook.com/edaletsizlik

lawyer_tural@hotmail.com

Mənim barəmdə” üzərində 6 şərh

  1. Asif Mərzili
    09.05.2015

    Tural bəy, ədalətsizliyi qəbul etmədiyinizi yazır və tələb etdiyinizi bəyan edirsiniz, dünən mənə dedilər, mənim haqqımda “Asif Mərzilinin Ramil Usubovla əlaqəsi” adlı məqalə təqdim edirsiniz.. Buradakı faktları nəyin əsasında yazıbsınız? Bunlara özünüz inanırsınızmı??? Başqa sözüm yoxdur…

    • Siz sualınızda qeyd etmisiz ki, buradakı faktları nəyin əsasında yazıbsız?… Bu sual konkret sizinlə bağlı olan məqaləyə aiddir yoxsa ümumi bloqumda yazılan məqalələrin hamısına?

  2. Asif Mərzili
    09.05.2015

    Mənimlə bağlı yazdığınız “Asif Mərzilinin Ramil Usubovla əlaqəsi” adlı məqalədəki faktlardan söhbət gedir. Sitat: “Hər kəsə məlumdur ki, OMON-un komandiri, polkovnik Rövşən Cavadovun ətrafına satqınlar yerləşdirmişdilər, onunda bir nümunəsi kimi Asif Mərzilini göstərmək olar. Həmin bu satqınların əməyi nəticəsində Azərbaycanın igid oğlu Rövşən Cavadov Heydər Əliyevin toruna düşdü, Heydər Əliyevlə görüş adıyla aldadılaraq, görüş yerində qətlə yetirildi. Məlumat üçün bildirim ki, «Təzadlar» qəzetinin əsas təsisçisi Rövşən Cavadovdur, Asif Mərzili isə Rövşən Cavadovun “danışan ağzı idi” yəni mətbuat xidmətini o idarə edirdi. Bugün Rövsən Cavadovun adıyla bağlı olan bu qəzet, Rövşən Cavadovun ən böyük düşmənlərindən biri olan, Ramil Usubovun sifarişinə xidmət edir. Belə ki, qazetdə hakimiyyətə qarşı olan müxalif fikirli şəxslərə böhtan yağdırmaqla məşğuldur. Bu şəxs özünün keyfiyyətsiz hərəkətləri nəticəsində Rövşən Cavadovun adıyla bağlı olan bu qazeti, reket qazetlər siyahısına saldırıb. Bunun bu hərəkətlərini keçmiş OMON sıralarında xidmət etmiş yoldaşları, xalqın gözündən salmağa hesablanmış addım kimi qiymətləndirmək olar. Bu yaxınlarda Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Asif Məmmədov barədə video yayımlamışdır. Elşad Abdullayevin deməsinə görə həmin videosujet 01.07.2009-cu ildə qeydə alınmışdır. Həmin videoda Asif Məmmədov cinayətkar şəbəkə ilə əlaqəda olmasını ifşa edir”.
    Əvvəla, mənim satqın olduğumu harada görmüsünüz və bu nə ittihamdır? 2-si, rəhbəri olduğum qəzetdə hansı müxalif fikirli şəxslərə böhtan atılıb? Nümunə çəkə bilərsinizmi? 3-cü, “Təzadlar”a Mətbuat Şurasındakılar ABU rektoru E.Abdullayevin qardaşı ilə bağlı xoş niyyətli bir yazıya görə əvvəlcə əsassız olaraq xəbərdarlıq etdilər, sonra isə Türkiyənin Az-dakı səfiri Hulusu Kılıçın Türkiyə-Ermənistan sərhədinin açılmasına etiraz edən yazılar dərc etmiş KİV-lərə paxlava paylamasını yazdışımıza görə MŞ-ın “qara siyahı”sına salmışdılar, MŞ-ı məhkəməyə verdik və 3,5 il məhkəmə çəkişməsi oldu. Ötən il bu siyahını dəyişdilər. Bizi hakimiyyətin yanında olan MŞ cəzalandırıb, sizsə deyirsiniz ki, guya biz Ramil Usubovun sifarişini yerinə yetiririk. Biz hakimiyyətin cibində və yanında olsaydıq, onda bizi də KİFDF adlı qurumun pulları ilə yemləyərdilər. 4-cü, E.Abdullayevin adını çəkdiyiniz gizli videosunun isə başı ilə içindəkilərin at-eşşək qədər fərqi var. Siz həmin videoya baxmısınız? Diqqətlə baxın. Bu görüş BDU rektoru A.Məhərrəmovun xahişi, E.Abdullayevin istəyi ilə olub. Əksinə, mən E.Abdullayevin əsassız iddialarını rədd edərək bir dəfə otaqdan çıxıb getmişəm, oradakılardan M.İmanlı məni təzədən geri qaytarıb və s. 2 saatlıq videonun 15 dəqiqəsini qoyan E.Abdullayevdən daha nə baş verdiyini yanınızdadırsa, özünüz soruşun… Burada mənim nəyim ifşa olunur, deyə bilərsinizmi?

    • Əgər reallığı əks etdirən bir qazet kimi fəaliyyət göstərirsizsə bizim ən böyük problemlərimiz ölkənin daxilində baş verən bu haqqsızlıqlardır. Bizim mübarizə etməyimiz gərəkən bu hakimiyyətdir.
      Maraqlı olan budur ki, bu məqalə uzun müddətdir yazıldığı hətta siz o məqaləyə cavab da vermisiz… Niyə bugün siz bu sualı mənə ünvanlayırsız? Özünüzdə bilirsiz ki, ailəmi dünən girovdan azad ediblər. Konkret bugün sizin mənə sual ünvanlamağınızın məqsədi nədir? Bu sualdan sonra mən niyə fikirləşməməliyəm ki, sizin həqiqətən Daxili İşlər naziri ilə əlaqəniz yoxdur?

  3. Geri bildiriş: Keçmiş polis: “Ana-bacımı “Bandotdel”ə aparıb incidiblər” | Ədalətsizliklə Mübarizə

  4. Geri bildiriş: Keçmiş polis: «Ana-bacımı “Bandotdel”ə aparıb incidiblər» | AzerEuroTimes

Şərhini yaz

Bizimlə əlaqə

Köhnə yazılar (aylarla)

Bu bloqa abunə olmaq və e-poçt ilə bildirişlər almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 117 abunəçiyə qoşulun

Bandotdel şərəfsizliyi